Afrikanın cənubunun təcili ərzaq yardımına ehtiyacı var

Afrikanın cənubunda 15 milyon insanın son 40 ilin ən şiddətli quraqlığı səbəbindən təcili ərzaq yardımına ehtiyacı var.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü ilin iyul ayından bəri davam edən El Nino hava hadisəsi quraqlıq bölgə ölkələrində ərzaq ehtiyatlarının tükənməsinə səbəb olub və adamlar yüksək səviyyədə ərzaq təhlükəsizliyi ilə üzləşib.

Quraqlıq üzündən qida və su qıtlığının yaxın aylarda epidemik xəstəliklərin artmasına səbəb ola biləcəyi gözlənilir. Zambiya, Malavi, Zimbabve, Mozambik, Anqola, Namibiya, Lesoto və Botsvana aclıqdan ən çox əziyyət çəkən ölkələr sırasındadır.

Quraqlığın da enerji böhranı yaradacağı bildirilir.

Qarşıdakı aylarda bölgədə yağış gözlənilsə də, bu vəziyyətin kənd təsərrüfatına mənfi təsir göstərmək ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə