Sabah İstanbulda XV Türk-Ərəb İqtisadi Forumu keçiriləcək

XV Türk-Ərəb İqtisadi Forumu sabah İstanbulda “Türkiyə və Ərəb Dünyası: İnvestisiya, ticarət, texnologiyada qlobal dəhliz” mövzusunda keçiriləcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşəyin iştirakı ilə keçiriləcək foruma Küveyt, İraq, Misir, Liviya və Tunisin hökumət, biznes və maliyyə sektorunun nümayəndələri qatılacaqlar.

Forumda Türkiyə ilə ərəb ölkələri arasında investisiya, bankçılıq, İslam maliyyəsi, fintech, kapital bazarları, xarici ticarət, enerji, sənaye, texnologiya və tikinti sahələrində əməkdaşlıq imkanları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə