Xüsusi təyinatlı polkovnikin öldürülməsi planlaşdırılıbmış...

Xüsuai hərbi əməliyyat zonasından qayıdan 44 yaşlı polkovnikin qətli planlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qətl sifarişli olub və planlaşdırılıb.

Onun sözlərinə görə, onlar hərbçinin avtomobilini gözləyiblər və ola bilsin ki, onun hərəkətlərinə nəzarət edilib.

...Məlum olub ki, qatillər polkovniki Melenki kəndi yaxınlığındakı qəsəbənin girişində pusquda gözləyiblər. Onlar polkovniki evindən uzaqlaşana qədər gözləyib və sonra Pyatnitskoye şossesinə tərəf dönüblər.

Hücum edənlər atışma zamanı güllə dəliklərinə görə həm qatilin maşı, həm də qurbanın maşını hərəkətdə olub. Ümumilikdə səkkiz doqquz millimetrlik güllə atılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə