Zaxarova Zelenskinin “qələbə planını” şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin “qələbə planını” qiymətləndirərək, onun adında əlavə iki hərf olduğunu qeyd edib.

...Planın adında əlavə iki hərf var - təxmin edin, hansılardır?

SİA-nın əldə etdiyi məlumata görə, “Zvezda” telekanalı bunu Zaxarovadan sitat gətirib.

...Vladimir Zelenski bu gün Ali Radaya beş bənddən ibarət və Ukraynanın NATO-ya dəvət olunmasını nəzərdə tutan “qələbə planı” təqdim edib.

Həmçinin Kiyev hakimiyyəti müdafiənin gücləndirilməsində yardıma, Rusiya Federasiyası ərazisinə hücumların dərinləşdirilməsinə icazə verilməsinə və Qərbi cilovlamaq üçün Ukrayna ərazisinə qeyri-nüvə qüvvələrinin yerləşdirilməsinə ümid edir.

Planın dördüncü bəndi Ukraynanın strateji iqtisadi potensialına, beşincisi isə silahlı münaqişənin başa çatmasından sonrakı vaxta həsr olunub.

...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Kiyevi “ayılmağa və Ukrayna ətrafında münaqişəyə səbəb olan səbəbləri dərk etməyə” çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə