Yaralanan İsrail əsgərlərinin sayı 4881-ə çatıb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən etibarən yaralanan İsrail əsgərlərinin sayı 4881-ə çatıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İsrail ordusunun məlumatlarına görə, son 24 saat ərzində əksəriyyəti Livanın cənubundakı toqquşmalarda olmaqla 23 İsrail əsgəri yaralanıb. Beləliklə, Qəzza zolağına başlanan quru hücumlarında yaralanan İsrail əsgərlərinin sayı 2 min 344-ə yüksəlib. Yaralı əsgərlərdən 39-nun vəziyyəti isə ağırdır.

Qəzzaya hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri 353-ü Qəzzanı qurudan işğal cəhdində olmaqla 740 İsrail əsgərinin öldüyü açıqlanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 42 min 300-ü, yaralananların sayının isə 99 mini keçdiyi bildirilir. Yıxıntılar altında hələ də minlərlə ölünün olduğu qeyd olunur, xalqın sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınaraq mülki infrastruktur da dağıdılır.

Bütün xəbərlər Facebook səhifəmizdə