Zelenski Ukraynanın qələbə planını təqdim edib

Ukraynanın qələbə planı beş bənddən və üç məxfi əlavədən ibarətdir. SİA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasında çıxış edən Prezident Volodimir Zelenski məlumat verib.

Ukraynanın dövlət başçısının sözlərinə görə, birinci bənd geosiyasi, ikinci və üçüncü hərbi xarakter daşıyır. Dördüncü bənd iqtisadiyyata, beşinci isə təhlükəsizlik məsələlərinə aiddir.

Volodimir Zelenski bildirib ki, hər bir bənd müəyyən bir dövr üçün nəzərdə tutulub. Ukrayna Prezidenti diqqətə çatdırıb ki, ilk dörd bənd müharibə dövrünü əhatə edir və onun başa çatdırılmasını nəzərdə tutur. Beşinci bənd isə postmüharibə dövründə təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.

Ukrayna Prezidenti qələbə planına üç əlavənin məzmunu və ya detallarını açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə