Şalva Papuaşvili QHT-lərin donorlarına müraciət edib

"Qeyri-hökumət təşkilatlarının donorlarına müraciət edirəm, onların məsuliyyəti təşkilata pul köçürməsi ilə bitmir, həm də bu təşkilatın bütövlüyünə görə məsuliyyəti ehtiva edir". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvilinin sözlərinə görə, müxalifətin, onların KİV-lərinin və onlarla bağlı qeyri-hökumət təşkilatlarının hərəkətləri 2020-ci il ssenarisinin təkrarının hazırlandığı və seçkilərin nəticələrinin tanınmaması üçün saxta bəhanə yaradıldığı fikrini dəstəkləyir.

“Ona görə də mən xüsusilə qeyri-hökumət təşkilatlarının donorlarına müraciət edirəm. Onların məsuliyyəti təşkilata pul köçürməsi ilə bitmir, həm də bu təşkilatın bütövlüyünə görə məsuliyyəti ehtiva edir. 2020-ci ilin təcrübəsi, əvvəlcə paralel hesablamanın saxta nəticələrinin yayılması, sonra isə belə yalan faktlara əsaslanan qeyri-hökumət təşkilatlarının birgə bəyanatı ilə, MSK-nın nəticələri gec elan etməsi və ya məntəqələrin səkkiz faizində balansın pozulması və s. kimi faktlar bizə demokratik proseslərlə məsuliyyətsiz oynamağın nə qədər təhlükəli olduğunu göstərdi”, - Papuaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə