Türkiyənin Malatya vilayətində zəlzələ baş verib

Oktyabrın 16-da Türkiyənin Malatya vilayətində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 5,9-a bərabər olub. SİA xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:46-da qeydə alınıb. Zəlzələnin episentri Kale bölgəsində, ocağı isə 10,07 kilometr dərinlikdə olub.

Zəlzələ qonşu əyalətlərdə də hiss olunub. İlkin məlumatlara görə, itki yoxdur. Malatya rəhbərliyi əyalətdəki bütün təhsil müəssisələrində bir günlük tətil elan edib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya Malatyada zəlzələ nəticəsində dəymiş ziyanla bağlı vəziyyətin ətraflı təhlil edildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə