"Biz ədalətli, azad və rəqabətli seçkilər keçiririk" - Gürcüstanın baş naziri

"Biz seçkilərin müşahidəsinə açığıq və ümid edirik ki, ədalətli, azad və rəqabətli seçkilər keçirdiyimiz üçün ölkəmizdəki bütün müşahidə missiyaları maksimum dərəcədə təmsil olunacaq. Bu tip seçkilərdə nə qədər çox müşahidəçi olsa, bizim üçün bir o qədər yaxşıdır". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzeyerli deyib ki, “Enjeos” tərəfindən yalan məlumatların yayıldığı şəraitdə beynəlxalq müşahidə missiyalarının seçkilərə obyektiv qiymət verməsi xüsusilə vacibdir: “Biz mümkün qədər müşahidəyə açığıq, fevralda ATƏT/DTİB-in uzunmüddətli missiyasını dəvət etmişik, digər missiyaları, o cümlədən Parlament Assambleyasının missiyalarını dəvət etmişik. Biz bu seçkilərin istənilən müşahidəsinə mümkün qədər açığıq və ümid edirik ki, ölkəmizdəki bütün müşahidə missiyaları imkan daxilində təmsil olunacaq. Nəzərə alsaq ki, biz ədalətli, azad və rəqabətli seçkilər keçiririk, bu tip seçkilər üçün nə qədər çox müşahidəçi olsa, bizim üçün bir o qədər yaxşıdır. Xüsusilə 2020-ci il parlament seçkilərindən sonra bu təşkilatlar qondarma məlumatları saxtalaşdırdığı ənənəni davam etdirirlər. Onlar ixtisar, nəticələrin dərci ilə bağlı digər məlumatları saxtalaşdırıblar və indi də eyni ruhda fəaliyyət göstərirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə