14 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyi, 9-11 oktyabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində, ilkin məlumatlara görə, Qara bölgəsində 9, Hakurk bölgəsində isə 5 terrorçu olmaqla ümumilikdə 14 PKK terrorçusu təsirsiz hala gətirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub: "Türk Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-nı yuvasında vurmağa davam edir. İlk təsbitlərə görə, İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 9-11 oktyabr 2024-cü ildə Qara bölgəsində 9, Hakurk bölgəsində 5 olmaqla cəmi 14 terrorçu zərərsizləşdirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə