İsrail Beyrutu bombaladı

İsrail Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Ordusunun sözçüsü Avichai Adraee "X" hesabında etdiyi paylaşımda Beyrutun cənubunda Hizbullahın silah anbarını vurduqlarını iddia edib.

Hücumlar Adraee Beyrutun cənubundakı bəzi yerləri Hizbullaha aid olduqlarını iddia edərək hücumla hədələməsindən sonra baş verib. İsrail oktyabrın 10-dan Beyruta hücum etməmişdi. 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2350 nəfər ölüb, 10906 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə