Praqa hakimiyyət orqanları turistlər üçün gecə saatlarında spirtli içkili meyxana turlarını qadağan edib. SİA xəbər verir ki, təfərrüatları Çex Milli Xəbər Agentliyi yayıb.
Qəbul edilmiş düzəlişlər səhər 6:00-dan 22:00-a qədər təşkil edilən səfərlər istisna olmaqla, meyxanalar arasında spirtli içkili turları qadağan edir. Bildirilir ki, beləliklə, yerli hakimiyyət orqanları paytaxta “sadəcə sərxoş olmağa” gələn şəhər qonaqlarını deyil, “daha çox mədəni turistləri” cəlb etmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə