Bosniya və Herseqovinada oktyabrın 3-dən 4-nə keçən gecə baş verən daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanlar kütləvi dəfn edilib. SİA xəbər verir ki, təbii fəlakətin 19 qurbanının kütləvi dəfn mərasimində minlərlə insan iştirak edib.
Daşqın və torpaq sürüşməsi nəticəsində Bosniya və Herseqovinada ən çox Kresevo, Foynitsa, Kiselyak, Konyiç və Yablanitsa bələdiyyələri zərər çəkib, yüzlərlə ev su altında qalıb, zədələnib və ya tamamilə dağılıb. Yolların dağılması səbəbindən hələ də 20-dən çox kəndlə əlaqə qismən və ya tamamilə kəsilib. Dəymiş ziyan ən azı 25 milyon avro qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə