Gürcüstan prezidenti 12 məhkumu əfv edib

Bu gün Gürcüstan prezidenti 12 məhkumu əfv edib. Onlardan doqquz məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə təyin olunmuş cəzanı çəkməkdən tam azad edilib. SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Onların məlumatına görə, cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulan 2 məhkumun qalan cəzası qısaldılıb. Bundan başqa, amnistiya aktı şərti cəzaya məhkum edilmiş bir nəfərə də şamil edilib və o, şərti cəza çəkməkdən tam azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə