Ukraynadan Zəfər Planı!

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı Zəfər Planını bu həftə avropalı müttəfiqlərə təqdim edəcəklərini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından açıqlamasında ölkəsində davam edən müharibə ilə bağlı son vəziyyəti dəyərləndirib.

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün Zəfər Planı hazırladıqlarını ifadə edən Zelenski deyib: “Rusiyanı müharibəni ədalətli şəkildə bitirməyə məcbur etmək üçün strategiyamızı (Zəfər Planı) bu həftə bütün avropalı tərəfdaşlarımıza təqdim edəcəyik”.

Zelenski planı Ukrayna xalqına təqdim edəcəklərini qeyd edərək bildirib: "Zəfər Planı, əlbəttə ki, tərəfdaşlarımızdan aldığımız ilk cavabla ictimaiyyətə açıqlanacaq. Ukraynada hamımızın, həqiqətən, maksimum dəstəyə ehtiyacımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə