Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzanın mərkəzində xəstəxana şəhərciyinə və köçkün mülki şəxslərin sığındığı məktəbə hücumundan sonra təcili atəşkəs çağırışını təkrarlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BMT sosial media hesabında paylaşım edib. Mesajda deyilib: "Qəzzada hava hücumu xəstəxana şəhərciyini hədəf aldı. İnsanların yatdığı çadırlar yandırıldı".
Mesajda, həmçinin hücumun BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərqdəki məktəbini də hədəf aldığı və məktəbin poliomielit peyvəndi üçün istifadə edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB