Britaniyalı sosial media fenomeni izləyicilərindən daha çox bəyənmə toplamaq üçün İspaniyanın ən hündür körpülərindən biri olan "Puente de Castilla-La Mancha" körpüsünə dırmaşmağa cəhd edib. Heç bir təhlükəsizlik tədbiri görmədən körpüyə çıxan fenomen 48 metr hündürlükdən yıxılaraq 26 yaşında dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada paylaşmaq üçün video çəkmək istəyən fenomen heç bir təhlükəsizlik tədbiri görmədən çıxdığı körpüdən 48 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə ölüb. Hadisə sosial mediada riskli davranışlarla bağlı xəbərdarlıqlara səbəb olub.
Milli polis sözçüsü bildirib ki, yıxılmanın səbəbi hələ məlum deyil və araşdırmalar davam edir. İstintaqa yaxın mənbə izah edib ki, fenomenin yanında başqa bir dostu olub və hər ikisi təhlükəsizlik kəməri və ya digər qoruyucu olmadan dırmaşmağa cəhd edib.
Mənbə bildirib ki, ölən şəxsin dostu şokdadır və danışa bilmir. Yerli şura üzvü Macarena Munoz körpüyə qalxmağın tamamilə qadağan olduğunu bildirib. Fenomen körpüdən düşdükdən sonra hadisə yerinə yanğınsöndürənlər və tibb işçiləri gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB