...Fransa məhkəməsi mümkün çirkli pulların yuyulması ilə bağlı istintaq zamanı iki rusiyalı iş adamının dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Le Monde” qəzeti öz mənbəsinə istinadən yazıb. ...Aydınlaşdırılır ki, ölkənin cənub-şərqində yerləşən daşınmaz əmlak və lüks avtomobillər (ümumi dəyəri - 69,8 milyon avro), habelə şirkətlərdəki səhmlər (2,7 milyon avro dəyərində) iş adamlarının gizlətmələri ilə bağlı hüquq-mühafizə orqanlarının şübhələri ilə həbs edilib.
Məsələ bundadır ki, yuxarıda qeyd olunan əmlakın alındığı vəsaitin mənşəyi heç yerdə göstərilməyib.
...Söhbət Qrasda 22,5 hektarlıq mülkdən və Sen-Rafael və Qrimoda villalardan gedir.
Nəşrin məlumatına görə, aktivlərin ehtimal olunan sahibləri “Kipr pasportu olan” sahibkarlar Ruslan Qoryuxin və Mixail Openqeymdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə