Təyyarə davaya görə Krasnoyarskda məcburi eniş edib

...Anadırdan Moskvaya uçan təyyarənin göyərtəsində kütləvi dava olub. Təyyarə Krasnoyarskda enməli olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Baza yazır.

Telekanalın məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra sərxoş sərnişin qonşuları ilə mübahisə etməyə və onları incitməyə başlayıb.

Sərnişinlər stüardessalara şikayət ediblər. Lakin cavab olaraq təhqirlər və sonra zərbələr alıblar.

Sərnişinlər onların köməyinə gəlib və nəticədə təyyarədə kütləvi dava düşüb.

Bir müddətdən sonra xuliqanı ram edib və onu boş yerə əyləşdiriblər. Lakin o sakitləçməyib.

Və Puşkinin şeirlərini ucadan oxudu.

Nəticədə pilot Krasnoyarsk hava limanında eniş etmək qərarına gəlib. Hava limanında zorakılıq edən 44 yaşlı sərnişin polisə təhvil verilib.

Sonra təyyarə yenidən havaya qalxaraq Moskvaya uçub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə