ABŞ-ın vitse-prezidenti Kamala Harris İsraili Qəzzada ehtiyacı olanların humanitar yardıma çıxışını asanlaşdırmaq üçün əlavə addımlar atmağa çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris sosial media hesabında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının bəyanatı ilə bağlı paylaşım edib.
Harris BMT-nin təxminən iki həftədir Qəzzanın şimalına heç bir qidanın girmədiyini bildirdiyini vurğulayıb: "İsrail ehtiyacı olanlara yardım axınını asanlaşdırmaq üçün təcili olaraq daha çox işlər görməlidir. Mülki insanlar qorunmalı və qida, su və dərman vasitələrinə çıxışı olmalıdır. Qanunlara hörmət edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB