İsrail ordusunun Livanın cənubunda bəzi evlərə və tibb mərkəzinə endirdiyi hava zərbələri nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusunun döyüş təyyarələri Sur şəhərinin Siddikin rayonundakı tibb mərkəzini hədəf alıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
İsrail ordusunun ölkənin cənubundakı Ənsar qəsəbəsində bir evə təşkil etdiyi hücumda 2 nəfər həyatını itirib. İsrailin Mifidun qəsəbəsinə təşkil etdiyi hücumda 5 nəfər ölüb, 1 nəfər yaralanıb. İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə vilayətinin Sarbin rayonunda həyata keçirdiyi hava hücumunda 4 tibb işçisi və bəzi mülki vətəndaş yaralanıb. Ölkənin cənubundakı Marub qəsəbəsinə edilən hücumda 2-nin vəziyyəti ağır olmaqla 4 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB