"Əslində, bilirsiniz ki, bizim reytinqimiz təxminən 60 faizdir. Belə bir şəraitdə müxalifətin texniki hökuməti haqqında danışmaq farsdır". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, seçkilər həmişəki kimi keçiriləcək, parlamentin ilk iclası noyabrın sonu dekabrın əvvəlində keçiriləcək. Qondarma deyil, normal hökumət təyin olunacaq. Təqdim olunan, həyata keçirilməsi üçün yazılmayan plan isə ölkəni düz 1 il bütövlükdə dayandırmaq və bu müddətdə ölkəni müharibəyə cəlb etmək, ölkəni narahat etmək deməkdir. Bu, onların planı, tapşırığı və məqsədidir ki, hələ həyata keçirilməyib”, - İrakli Kobaxidze bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili texniki hökumətin adını seçkilərdən əvvəl açıqlayacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB