Makron etiraf etdi

Fransa prezidenti Emmanuel Makron bəzi nazirlərdən məyusdur, o, özünü “təcrid olunmuş” hiss edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Makron bir sirdaşına “onlar məni utandırırlar” deyib. Bu arada, Makronun seçkilərdən sonra “Yeni Xalq Cəbhəsi”ni “ataraq” həddən artıq “sağçı” olduğu ortaya çıxıb.

Yeni hökumətin ən sərt üzvü isə daxili işlər naziri Bruno Retaiodur. O, vəzifəyə gəldikdən bir neçə gün sonra bəyan etdi ki, “qanunun aliliyi nə qeyri-maddi, nə də müqəddəsdir”. Bildirilir ki, Makron, növbədənkənar parlament seçkiləri elan etməsini anlamayan çoxlu tərəfdarlarını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə