İsrail xəstəxananı vurdu - mülki əhali diri-diri yandırıldı

İsrail xəstəxananı vurdu - mülki əhali diri-diri yandırıldı

İsrailin Qəzza zolağında Əqsa Şəhidləri Xəstəxanasının bağçasında didərgin düşmüş mülki vətəndaşların çadırlarını hədəf alması nəticəsində ilkin məlumata görə 4 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"da yer alan xəbərdə İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanası şəhərciyindəki çadırları bombaladığı bildirilib.

Xəbərdə xəstəxana şəhərciyində köçkün mülki şəxslərin qaldığı çadırlara hücum nəticəsində çoxlu sayda fələstinlinin həyatını itirdiyi və yaralandığı, İsrailin hücumunun çadırlarda yanğına səbəb olduğu və alovların yayılmağa davam etdiyi qeyd edilib. "WAFA"ya danışan Əqsa Şəhidləri Xəstəxanası rəsmiləri İsrailin çadırlara hücumu nəticəsində çoxlu sayda mülki vətəndaşın öldüyünü və yaralandığını bildirib.

Səhiyyə mənbələrindən verilən məlumata görə, hücumdan sonra baş verən yanğında məcburi köçkün fələstinlilərə aid 30-a yaxın çadır yanıb. Yanğın təxminən 45 dəqiqə davam edib. Hücumda biri uşaq, biri qadın olamqla 4 fələstinli həyatını itirib, 40 nəfər isə müxtəlif şəkildə yaralanıb. Səhiyyə mənbələri ölənlərin cəsədlərinin tamamilə yandığını, yaralıların isə daha çox ikinci və üçüncü dərəcəli yanıqlar aldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə