Ukraynada ordu rəsmiləri küçə-küçə gəzib fərariləri toplayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə müharibənin 3-cü ilinə yaxınlaşdığı bir vaxtda cəbhədəki ən böyük problem əsgər sayının qeyri-kafi olmasıdır. Ona görə də Ukraynada səfərbərlik yüksək səviyyəyə qaldırılıb. Orduya çağırışçılar təsadüfi reydlər keçirərək, əvvəlcə azad olunma şəhadətnaməsi olmayan kişiləri saxlayır və sonra onları orduya cəlb edirlər.
Həftəsonu bir çox şəhərlərdə, xüsusən də Kiyevdə restoranlara, bazarlara və ticarət mərkəzlərinə basqın edilib. Hərbi xidmətdən azad olunma şəhadətnaməsi olmayanlar müəyyən edilib. Kiyevdəki gecə klubuna gedən gənclər də basqının hədəfi olub. Onların bir çoxu müqavimət göstərməyə çalışsalar da, buna nail ola bilməyiblər və zorla orduya çağırılıblar. Ukraynanın səfərbərlik qanunlarına əsasən, 25-60 yaş arası bütün ukraynalı kişilər hərbi xidmətə çağırıla bilər. Bundan əlavə, 18-60 yaş arası kişilərin ölkədən çıxmasına icazə verilmir. Lakin müharibə uzandıqca və qələbəyə ümid azaldıqca cəbhədə hərbi böhran yaşanır.
Ukrayna prezidenti Vladimir Zelenski indiyədək cəbhədə 31 mindən çox ukraynalı əsgərin həyatını itirdiyini açıqlayıb. Bu rəqəmin Rusiya ordusu üçün iki dəfə çox olduğu iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB