ABŞ prezidentliyinə namizəd Donald Trampın Kaliforniyada keçirilən seçki mitinqindən əvvəl Trampa sui-qəsd cəhdində olduğu iddia edilən silahlı şəxs yaxalanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Riverside County" polisi Çad Bianco mətbuata açıqlamasında deyib: "Yəqin ki, üçüncü sui-qəsd cəhdini (Tramp üzərində) dayandırdıq".
Bianco bildirib ki, dünən Koaçella vadisində Donald Trampın seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinq üçün saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança və yüksək tutumlu jurnal aşkarlanıb. Bianco qeyd edib ki, Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğu və Trampı öldürməyi planlaşdırdığı güman edilir. Yerli mətbuatın verdiyi məlumata görə, saxlanılan Miller daha sonra qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunana qədər 5 min dollar girov müqabilində sərbəst buraxılıb.
Yerli mənbələr Millerin Kaliforniya Universitetində magistr dərəcəsi aldığını və 2022-ci ildə Nevada Senatına namizədliyini irəli sürdüyünü yazıb. İyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı Metyu Kruks adlı şübhəli "AR-15" tipli uzun lüləli silahla Trampa sui-qəsd etməyə cəhd edib və güllə Trampın qulağına dəyib. Şübhəli "Ryan Wesley Routh"da sentyabrın 15-də Floridada qolf oynayarkən Respublikaçı namizədə sui-qəsd cəhdinə görə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB