Qazaxıstanın Alma-Ata vilayətinin Talqar şəhərində yeniyetmənin qətlə yetirilməsi hakimiyyəti şəhərin küçələrinə Milli Qvardiya patrulları göndərməyə məcbur edib. SİA xəbər verir ki, bu barədə "Kazinform" xəbər agentliyi məlumat yayıb.

Oktyabrın 4-nə keçən gecə ərzaq mağazalarından birinin yaxınlığında bıçaqlı və odlu silahlardan ibarət qrup davası baş verib, nəticədə 16 yaşlı yeniyetmə ölüb, daha iki nəfər isə ağır yaralanıb. Polis davanın 7 iştirakçısını həbs edib, lakin səkkiz gün sonra yeniyetmənin qohumlarının Enbəkşiqazax rayonunun Azat kəndində yerləşən evi yandırılıb.

Təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün Daxili İşlər Nazirliyinin Milli Qvardiyanın şəhərin küçələrində patrul xidmətini həyata keçirən bölmələri Talqar rayonuna gətirilib. Hüquq-mühafizə orqanları qətlə yetirilən azyaşlının ailəsinin təhlükəsizliyini təmin edib.

Qazaxıstanın baş prokuroru cinayət işi üzrə istintaqı nəzarətə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə