Almaniyanın şimal-qərbindəki Leer şəhərindəki attraksionda yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. “Yanğın nəticəsində dörd işçinin tüstüdən zəhərləndiyi, daha bir nəfərin isə şok keçirdiyi bildirilir. Xilasedicilər daha sonra 11 nəfərin xəsarət aldığını bildiriblər”, - deyə qeyd olunub. Yanğının səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə