O, Lukaşenkonun varisi kimi hazırlanır..?

Lukaşenko və onun təbliğatı özünü qəribə aparır.

...Deməli, əvvəllər Belarusun Rusiyadakı səfiri olmuş Dmitri Krutoy Lukaşenkonun varisi kimi hazırlanır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu analitik Sergey Çalı bildirib.

...Niyə məhz o? Lukaşenkonun son vaxtlar gələcək haqqında necə danışdığına diqqət yetirin. O, xalqına müraciət edərək deyir: öyrəş ki, mənsiz yaşamalı və başqa bir insanla müqayisə etməli olacaqsan.

Qeyd edək ki, Çalı bunu DW-nin “Qaynaq şousu” proqramında deyib.

Çalının dediyinə görə, Lukaşenko bunu əvvəllər də demişdi, amma sözün əsl mənasında təxminən bir ay əvvəl o çox aydın çəkildə Krutoya işarə etdi və kamera ona tuşlandı.

Qeyd edilməlidir ki, Lukaşenko bundan əvvəl də prinsipcə, hər kəsin onu əvəz edə biləcəyini demişdi. Amma o, öz çevrəsindəki insanlara işarə edirdi. Bu dəfə isə konkret olaraq... biz bir növbə hazırlayırıq və “başqa adam gələcək” ifadəsini səsləndirəndə yenə də kamera Dmitri Nikolayeviç Krutoyu göstərdi.

...Onu da deyək ki, bir həftə əvvəl Pinsk bölgəsindəki qabaqcıl təsərrüfatlardan birində olan ölkə başçısı, təsərrüfat rəhbərinin yanında dayanaraq izah etdi ki, bizdən sonra gələnlər üçün ölkəni beş ildən sonra qaydasına salmalıyıq.

...Və yaxınlıqda dayanan Krutoya tərəf döndü.

Mənə elə gəlir ki, burada hər şey göz qabağındadır.

Bunu Çalı bildirib.

...Yeri gəlmişkən, Müəllimlər Günündə Belarus televiziyası belarus dilinə həsr olunmuş bir veriliş göstərib, amma deyilənlərə görə, göstərilənlər əslində Dmitri Krutoyun tərcümeyi-halı olub.

...Yəni süjetin yarıdan çoxu ona həsr olunubmuş.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə