Peterburqlu silahla dolu mənzildə yaşayırmış...

...Polis Sankt-Peterburqun mərkəzindəki mənzildə axtarış aparmağa gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bütöv bir silah arsenalı aşkar ediblər.

Qeyd olunur ki, mənzilin 29 yaşlı sahibi 2-ci Sovetskaya küçəsindəki stükkalı mənzildə tapança və pulemyotlar saxlayıb.

Həmçinin ondan Kalaşnikov avtomatı və iki tapança da müsadirə edilib. Mənzildə tapılan iki yüz patrondan yalnız üçdə biri blanklardır.

Müstəntiqlər müəyyən ediblər ki, bütün sursat və silahlar qanunsuz alınıb.

Sankt-Peterburq sakininin üzərində silahlardan başqa, bitki mənşəli dərmanlar da tapılıb. Adamın özü rəsmi olaraq heç bir yerdə işləmir və inzibati nəzarətdədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə