Ankaranın paytaxt elan edilməsinin 101-ci ildönümü qeyd edilib

Oktyabrın 13-də Türkiyənin ilk parlamentinin binasında Ankaranın Türkiyənin paytaxtı elan edilməsinin 101-ci ildönümü ilə bağlı təntənəli tədbir keçirilib.

SİA xəbər verir ki, Ankara valisi Vasip Şahin tədbir iştirakçılarına müraciət edərək, şəhərin Türk xalqının milli azadlıq mübarizəsindəki rolundan danışıb.

“Ankara tarixində taleyüklü bir mərhələ, 1919-cu il dekabrın 27-də Mustafa Kamalın şəhərə gəlişi oldu”, - deyə Şahin Ankaranı “Cümhuriyyətin beşiyi” adlandırıb.

Valinin sözlərinə görə, müasir Ankara vilayəti 25 rayondan ibarət böyük sənaye və texnoloji mərkəzdir.

“Ankara həm də Türkiyənin təhsil mərkəzidir. Bu gün şəhərdə tələbələrin sayı 1,5 milyon nəfəri ötür. Biz Atatürk və silahdaşlarının irsini qorunub gələcək nəsillərə çatdırılması məsələsində məsuliyyət daşıyırıq”, - deyə Şahin qeyd edib.

Tədbir iştirakçıları Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib, milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə