Ufa sakini qonşusundan ümumi təhlükəli yolla canını qurtarmağa çalışdığı üçün mühakimə olunacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə 360 telekanalı məlumat yayıb.
Deməli, istintaq hesab edir ki, yaşlı Ufa sakini qonşusunun sağlamlığına zərər vurmaq üçün qaz partlayışı törədib.
Belə ki, 66 yaşlı kişi evdə qaz partlayışı törədib və hadisə nəticəsində o və 31 yaşlı qadın xəsarət alıb.
Bildirilir ki, partlayış bazar günü, oktyabrın 13-də səhər saatlarında baş verib. Kişi mənzilində kommunal xərclərin ödənilməməsinə görə quraşdırılan qaz borusunun qapağını çıxarıb.
Otaq qaz-hava qarışığı ilə dolduqdan sonra partlayış olub. Rusiya İstintaq Komitəsi ümumi təhlükəli şəkildə sui-qəsd cəhdi ilə bağlı iş açıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə