İsrail 1 gündə "Hizbullah"ın 200-ə yaxın hədəfinə zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hədəflərinə zərbə endirib. SİA xəbər verir ki, İsrail təyyarələri son 24 saat ərzində Livanda şiə təşkilatı "Hizbullah"ın 200-ə yaxın hədəfınə hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, zərbələr Livanın dərinliklərinə və ölkənin cənubuna endirilib. Raket qurğuları, tank əleyhinə raketlərin buraxılması üçün mövqelər, hərbi infrastruktur obyektləri və "Hizbullah"ın ayrı-ayrı silahlı birləşmələri vurulub. Livanın cənubunda İsraillə həmsərhəd bölgələrdə məhdud quru əməliyyatının davam etdiyi də vurğulanıb.

Xatırladaq ki, "Al Mayadeen" telekanalı bundan əvvəl İsrail qırıcılarının Livanın şimal-şərqinə silsilə hücumlar təşkil etdiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə