Oktyabrın 13-nə keçən gecə Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv etməyib. SİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Həmin gecə Rusiya ordusu Kursk vilayətindən və Krımdan iki “İsgəndər-M” ballistik raketi, Kursk vilayətinin hava məkanından isə Çerniqov və Sumı rayonlarında iki ədəd “X-59” idarə olunan aviasiya raketi ilə Poltava və Odessa vilayətlərinə hücum edib. Rusiya tərəfi, həmçinin 68 pilotsuz uçan aparatı buraxıb. Məlumata görə, HHM qüvvələri Kiyev, Poltava, Çerniqov, Sumı və Çerkassı vilayətlərində 31 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə