ABŞ-də atışma olub - ölən və xəsarət alanlar var

ABŞ-nin Tennessi Dövlət Universitetinin yaxınlığında atışma baş verib, bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli ABC News kanalı məlumat yayıb. "Neşvil polisi və xilasediciləri şənbə günü axşam Tennessi Dövlət Universitetinin yaxınlığında baş verən və bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı hadisə yerinə müdaxilə edib", - telekeanalın saytındakı bəyanatda deyilir. Məlumata görə, atışmadan sonra bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə