General Xodjes Kreml üçün “ciddi problemlər” yaranacağını bildirib

ABŞ ordusunun Avropadakı keçmiş komandanı əmindir ki, gec-tez Rusiya böyük şəhərlərdə səfərbərlik etməyə başlayacaq

…Rusiyanın böyük şəhərlərində səfərbərlik Putin rejimi üçün problemlər yarada bilər, ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Xodjes deyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Espreso” xəbər verir.

Deməli amerikalı generalın sözlərinə görə, gec-tez Rusiya Moskva və Sankt-Peterburqdan gəncləri hərbiyə çağırmağa başlamalı olacaq.

…Ruslar yeni ehtiyatlar formalaşdırmaqla hücum tempini saxlamağa çalışırlar. Xüsusilə də şəxsi heyətdə. Bu taktika o vaxt işləyir ki, onların cəbhə xəttinə atıla biləcək kifayət qədər adamları olsun.

Bunu deyən Xodjes hesab edir ki, Ukrayna Rusiya artilleriyasını, qərargahını və logistikasını məhv edə bilsə, Rusiyanın əsas taktikası öz mənasını tamamilə itirəcək.

…Axı, onun effektivliyini təmin edən logistika, artilleriya, aviabazalar və təyyarələrdir, ona görə də Ukrayna bu əsas elementləri zəiflətməyi və ya məhv etməyi bacararsa, Rusiya mütləq taktikasını dəyişməli olacaq.

…Xatırladaq ki, ukraynalı deputat Fyodor Venislavski hazırda Ukrayna ərazisində döyüşən Rusiya hərbçilərinin sayının hər ay “on minlərlə” artırıldığını bildirib.

…Biz bağlı qapılar arxasında Baş Kəşfiyyat İdarəsindən, Xarici Kəşfiyyat Xidmətindən, Sərhəd Kəşfiyyatından, təhlükəsizlik və müdafiə sektorunun digər nümayəndələrindən Rusiya Federasiyasının silahlı qüvvələrinin sayını daim artırdığı barədə məlumat alırıq.

Bunu Fyodor Venislavski deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə