Şimali Koreya liderinin bacısı Seulu “ağır nəticələrlə” hədələyib

...Cənubi Koreya pilotsuz təyyarələri yenidən Pxenyanın hava məkanını pozarsa, Koreya Respublikası “faciəli nəticələrlə” üzləşəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Şimalı Koreya liderinin bacısı Kim Yo Çenq deyib.

Onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi sitat gətirib.

...Xarici İşlər Nazirliyimizin qeyd etdiyi kimi, Koreya Respublikasının hərbi qüvvələrinin hücumu və məhv edilməsi vaxtını bizim ordumuz planlaşdırmır.

Bunu Kim Yo Conq qeyd edib.

Bir gün əvvəl Şimalı Koreya Xarici İşlər Nazirliyi bildirib ki, əgər dron yenidən Xalq Respublikasına daxil olarsa, “ikinci xəbərdarlıq olmayacaq”.

...Əgər bir ROK pilotsuz təyyarəsi paytaxtımızın hava məkanında yenidən aşkar edilərsə, bu dərhal dəhşətli və faciəli nəticələrə səbəb olacaq, deyə xəbərdarlıq edən Kim Yo Conq, özünün şəxsən bunu istəmədiyini də dilə gətirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə