Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” şirkətin çətin vəziyyətinə görə işçi qüvvəsini 10 faiz ixtisar edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə korporasiyanın baş direktoru Kelli Ortberq şirkətin saytında bildirib.
...Bizim biznesimiz çətin vəziyyətdədir və birlikdə üzləşdiyimiz problemləri şişirtmək çətindir. Mövcud mühitə uyğunlaşmaqdan əlavə, şirkətimizin yenidən qurulması çətin qərarlar tələb edir və biz rəqabətədavamlı qalmaq və uzunmüddətli perspektivdə müştərilərimizi təmin etmək üçün struktur dəyişiklikləri etməli olacağıq.
Bunu Kelli Ortberq deyib.
Onun sözlərinə görə, korporasiya “maliyyə imkanlarına və prioritetlərin daha dar diapazonuna uyğun olaraq” kadrların sayını azaltmalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə