...Qroznıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanlara başsağlığı verən Dağıstanın rəhbəri Sergey Melikov, bu faciədən sonra çeçen xalqına dəstək verməyə hazır olduğunu bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.
O, çeçen xalqını qardaş adlandırıb və ona lazım olan hər cür dəstəyi verməyə hazır olduğunu bəyan edib.
O, həmçinin yaralananların tezliklə sağalmasını arzulayıb və Qroznıda baş vermiş partlayışda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
...Biz bu fəlakətdən xəbərdarıq, - deyə Məlikov yekunlaşdırıb.
Xatırladaq ki, bu gün, oktyabrın 12-də günorta saatlarında Qroznı şəhərinin Məhəmməd Əli prospektində yerləşən "Lider" yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində yanan yanacaq çəni faciə baş verən ərazinin yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətinə uçub. Yolda “Lada Priora” markalı avtomobili sıradan çıxarıb. Yanacaqdoldurma məntəqəsində baş verən yanğın tezliklə söndürülüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə