Kirillovun məzarı tərk edilmiş vəziyyətdədir...

...Gərək ki, bir az yaşlı insanların yadında olar: İqor Kirillov üç il əvvəl vəfat edib.

SİA xatırladır ki, SSRİ xalq artisti bir vaxtlar Qələbə Paradının televiziya verilişlərini aparıb, planetin ilk peykinin orbitə buraxılması, sovet qoşunlarının Əfqanıstana daxil olması və digər mühüm hadisələr haqqında məlumat verib. Əfsanəvi teleaparıcı Novodeviçi qəbiristanlığında dəfn edilib. Onu dostları və həmkarları yola saldılar, lakin nə Kirillovun qızı, nə də hazırda Almaniyada yaşayan nəvələri dəfn mərasiminə gəlmədilər.

Jurnalistlərin yazdığına görə, İqor Leonidoviçin məzarı tərk edilib və heç kim onun məzarını ziyarət etmir.

Qonşu məzarlarla müqayisədə xüsusilə kədərli görünür. Qəbir daşı və ya abidə yoxdur - sadəcə, o vaxt dəfn olunarkən qoyulan köhnə taxta xaçdır.

Xatırladaq ki, məşhur sovet diktoru və teleaparıcısı 29 oktyabr 2021-ci ildə vəfat edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə