15 yaşlı məktəblinin meyiti tapılıb

Polis Vasilyevski adasında meyiti tapılan gənc Peterburqlunun ölümünü araşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Universitetskaya sahilində yerləşən tərk edilmiş dörd mərtəbəli binanın giriş qapısında 15 yaşlı məktəblinin meyiti tapılıb.

Polisə meyit barədə ötən gecə məlumat daxil olub. Polis qızın Kupçinoda yaşadığını və tam, firavan bir ailədə böyüdüyünü müəyyən edib.

Sankt-Peterburqlu gənc qızın ölüm səbəbini müəyyən etmək üçün meyit morqa göndərilib.

Qeyd edək ki, bundan bir müddət əvvəl Sankt-Peterburqda atasını görməyə gələn qız onun skeleti ilə rastlaşmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə