Dağıstan rəhbəri Kərimova dəstək vəd edib

Kadırovun hədələrindən sonra

...Bu arada Dağıstanın rəhbəri Sergey Melikov senator və milyarder Süleyman Kərimova dəstək vəd edib, həmçinin yaxşı əməllərinə görə təşəkkür edib.

SİA xatırladır ki, bir qədər əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov iş adamı və Dövlət Dumasının iki deputatı Bexan Baraxoyev və Rizvan Kurbanovu qan davası ilə hədələyib.

Mahaçqalada parkın yenidən qurulması ilə bağlı minnətdarlıq nitqi zamanı Məlikov qeyd edib ki, Kərimov çoxlu xeyirxah işlər görür: xüsusi hərbi əməliyyat iştirakçılarının ailələrinə kömək edir, zəvvarlara dəstək olur, Dərbənddə hücuma məruz qalmış yəhudi və pravoslav kilsələrinin bərpasında iştirak edir, tibb mərkəzləri tikdirir və ümumiyyətlə Dağıstanın inkişafına sərmayə qoyur.

...Onun diqqətini, hərarətini, mehribanlığını görmüş insanlar onlara bu xeyirxahlığı verənin yanında olacaqlar. Süleymanın da bundan xəbəri olmalıdır. Dağıstan həmişə çətin anlarda, lazım olanda ona dəstək olacaq, - deyə Melikov bildirib.

Qeyd edək ki, Kadırov daha əvvəl respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüşü zamanı ona qarşı sui-qəsd hazırlandığını bildirib. Onun sözlərinə görə, bunda Kərimov, Baraxoyev və Qurbanov iştirak edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə