Kreml xarici şirkətlərin Rusiyanı tərk etməməsi üçün şərtləri sərtləşdirir...
...Rusiya hakimiyyəti xarici şirkətlərin ölkəni tərk etməsi üçün şərtləri sərtləşdirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın RBC agentliyi və “Kommersant” qəzeti yazır.
...Şərtlərin sərtləşdirilməsi ilə bağlı qərarı xarici investisiyalara nəzarət üzrə hökumət komissiyası qəbul edib. Xüsusilə, hökumət xarici biznesin rus alıcılarına satışı üçün məcburi endirimin ölçüsünü artırdı. Belə ki, əvvəllər biznes ədalətli bazar qiymətinin yarısına satıla bilərdi. İndi endirim 60 faiz olacaq. Yəni, aktivin özü dəyərinin yalnız 40 faizinə satıla bilər. Və əgər əməliyyatın dəyəri əlli milyard rublu (yarım milyard dollar –A.B.) keçərsə, o, Vladimir Putindən şəxsi razılıq almalıdır.
Bunu isə RBC mənbələri bildirir.
...Bu həftə məlum olub ki, məşhur transmilli Unilever şirkəti Rusiyadakı biznesini satmağa nail olub. Rusiya Federasiyasında onun məhsulları Domestos, Dove sabunu, Lipton çayı, Lesnoy Balsam diş pastası və Clean Line kosmetikası kimi markalarla tanınır. Şirkət Yekaterinburq, Omsk, Sankt-Peterburq və Tuladakı istehsal sahələrini satıb. ...Alıcı “Dichlorvos” həşərat kovucu və “Prelest” saç lakı istehsal edən şirkət olub.
...Unilever, Rusiyanın ətir, kosmetika və məişət məmulatları istehsalçısı olan Rusiyadakı törəmə şirkəti Arnest Şirkətlər Qrupunun satışını da başa çatdırıb.
Satışa Unilever-in Rusiyadakı bütün biznesi və onun ölkədəki dörd fabriki daxildir. Belarusdakı biznesimiz də bura daxildir. Satışda Unilever-in Rusiyadakı mövcudluğunu tamamlayır.
Bunu Unilever-in baş direktoru Hein Şumaxer bildirib.
“Financial Times” qəzeti əməliyyatın 520 milyon avro təşkil etdiyini iddia edir. Halbuki, 2022-ci ilin sonunda Unilever Rusiya aktivlərini 900 milyon avro qiymətləndirib. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Unilever öz məhsullarının Rusiyaya tədarükünü və Rusiyadan ixracını dayandıraraq, Rusiya bizneslərinə investisiya proqramını məhdudlaşdırsa da, amma ölkəni tamamilə tərk etməmişdi.
…KİV-in məlumatına görə, Rusiyada 2023-cü ildə Rusiya aktivlərinin əcnəbilərdən alınması ilə bağlı 97 əməliyyat həyata keçirilib. Belə əməliyyatların ümumi həcmi 11 milyard dollardan çox olub. Ancaq xarici şirkətlərin hamısı Rusiyanı tərk edə bilmədi.
…Və Rusiya hakimiyyəti Danimarkanın “Carlsberg” şirkətinə məxsus “Baltika” pivə istehsalı şirkətini milliləşdirib. Bundan sonra Carlsberg “Baltika”dan bir neçə növ pivə istehsal etmək hüquqlarını ləğv etdiklərini açıqlayıb. Lakin Rusiya məhkəməsi Rospatent-ə brend lisenziyalarının ləğvini qeydə almağı qadağan edib. Carlsberg rəhbəri bəyan edib ki, şirkətin Rusiyadakı biznesi sadəcə olaraq oğurlanıb.
…Xarici şirkətlərin ölkədən çıxması ilə bağlı qanunvericiliyə düzəlişlərin qəbulu əslində onların real bazar dəyərini sıfıra endirir, Rusiya hakimiyyətinin tələb etdiyi endirim ən yaxşı halda şirkət sahibinə real bazar dəyərinin 20 faizdən çoxunu buraxmır.
Bunu deyən Transparency İnternational təşkilatının rəhbəri İlya Şumanov, gələcəkdə müharibə başa çatdıqdan və rejim dəyişikliyindən sonra xarici şirkətlərin kütləvi şəkildə Rusiya hakimiyyətinə qarşı iddialar qaldırılacağını da istisna etmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə