Amerika administrasiyası 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına daxil edib ki, onların versiyasına görə, İran neftinin ticarəti və daşınması ilə məşğul olublar. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaqdır.
Sənədlərə əsasən, Çin, Hindistan, BƏƏ, Malayziya, Panama, Liberiya, Surinam və Marşal Adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. Malayziya, Barbados, Beliz, Kamerun, Kuk Adaları, Palau, Panama, Sent-Kits və Nevis, San-Tome və Prinsipi, həmçinin Esvatini bayraqları altında olan gəmilər ABŞ-ın qara siyahısına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə