Zelenski Ştaynmayerlə Kiyevin ehtiyaclarını müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda” Kiyevin ehtiyaclarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram"da bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynadakı təhlükəsizlik vəziyyəti, Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda ehtiyaclar, həmçinin regional tərəfdaşlıqların inkişafı olub.

“Almaniyaya Ukraynaya göstərilən yardımın miqdarında, ilk növbədə müdafiə sahəsində Avropa liderliyi üçün təşəkkür edirəm. Növbəti ildə də onu eyni yüksək səviyyədə saxlamaq vacibdir”, – o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə