Baltik dənizində yanğının baş verdiyi neft tankeri Rostok limanına gətirilib

Oktyabrın 11-də Baltik dənizində yanğının baş verdiyi "Annika" adlı neft tankeri gecə saatlarında Rostok limanına gətirilib. SİA xəbər verir ki, neft və neft-kimya məhsullarından ibarət 640 ton ağırlığında yük daşıyan gəmidə baş vermiş yanğının operativ müdaxilə nəticəsində söndürülməsi ilə ətraf mühitə ciddi ziyan vurulması təhlükəsinin qarşısını almaq mümkün olub. Yanğın əraziyə cəlb olunmuş iki yanğınsöndürmə gəmisinin müdaxiləsi ilə söndürülüb və heyət üzvləri təxliyə edilib. Hadisə nəticəsində heyət üzvlərindən xəsarət alan yoxdur.

Hazırda gəmiyə dəyən ziyan araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə