Kanada Xarici İşlər Nazirliyi İsrailin Livanda BMT-nin Müvəqqəti İşçi Qrupunu atəşə tutmasını “narahatedici və qəbuledilməz” adlandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupuna hücumuna Kanadadan da reaksiya gəlib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin "X" sosial media platformasında verdiyi açıqlamada deyilir.
Qəzza, İordan çayının qərb sahili və Livanda mülki şəxslərə və yardım işçilərinə hücum edən İsrail ordusu sonuncu dəfə Livanın Nakura bölgəsindəki İsrailin Livandakı Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupunun bazasını hədəfə alıb. Mühafizə qülləsində 2 əsgərin yaralanması ilə nəticələnən hücuma dünya reaksiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB