"Milton" qasırğasını dronla içəridən lentə alıb

Meksika körfəzində "Milton" qasırğasından yüksələn səkkiz metrlik dalğaların dron görüntülərini The Independent nəşri nümayiş etdirib. Qasırğa bir gün əvvəl Florida sahillərində Siesta Key yaxınlığında olub. Bu günə qədər 9 nəfərin ölümü, 3 milyon sakin işıqsız qalıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, fırtına artıq ştatdan keçib və üçüncü kateqoriyadan birinci kateqoriyaya qədər zəifləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə