İsrail Hərbi Hava Qüvvələri Beyrutun mərkəzinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun mərkəzində yerləşən ərazilərdən birinə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti hadisə şahidlərinə istinadən xəbər verir.

Xüsusən də onlardan biri İsrail təyyarələrinin Ras əl-Nabaa bölgəsindəki binaları vurduğunu bildirib.

Azad Press-in daha əvvəl xəbər verdiyi kimi, dünən gecə Livan “Hizbullah” hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib.

Ümumilikdə 360 mərmi atılıb, onlardan 220-si ölkəyə çatıb. Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə