Belarusida həkimlərin sayı getdikcə azalır...

Və getdikcə bu kəsir artır...

...“Banki24.by” resursunun məlumatına görə, yanvar-avqust aylarında səhiyyə təşkilatları (16+ nəfər) 29,5 min işçini işə götürüb.

Eyni zamanda 33,1 min nəfər işdən çıxarılıb.

Kadrların xalis axını 3,6 min nəfər təşkil edib.

Qeyd olunur ki, avqustda 3,9 min nəfər işə qəbul edilib.

Bu, təhsil müəssisələrini bitirmiş gənc mütəxəssislərin işə başlaması ilə əlaqəli mövsümi axındır.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, yanvar-avqust aylarında işə qəbul olunan və işdən çıxarılan həkimlərin nisbəti 89,3 faiz (ölkə iqtisadiyyatı üzrə orta göstərici 90,0 faiz) təşkil edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə